Azərbaycanda əmlak satışına nəzarət SƏRTLƏŞƏCƏK

Azərbaycanda əmlak satışına nəzarət SƏRTLƏŞƏCƏK
21:47 20 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda daşınmaz əmlakın satışı üzərində nəzarətin sərtləşdirilməsi üçün tədbirlər görmək lazımdır. Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bir çox dələduzlar var ki, onlar eyni mənzili bir neçə alıcıya sata bilirlər: "Buna görə birincisi, mənzillərin lazımi qeydiyyatı olmadan satışını qadağan etmək lazımdır. İkincisi, satılan mənzillərin optimal qeydiyyat sistemini yaratmaq lazımdır".

Deputat qeyd edib ki, bu məsələ üzərində nəzarət üçün Əmlak Məsələləri Dövlət Komitəsində və ya "ASAN xidmət"də xüsusi xidmət və ya sistem yaratmağa ehtiyac var: "Xüsusi reyestr yaratmaq lazımdır və vətəndaşlar mənzilə görə sənədi evi tikəndən deyil, dövlətdən alacaqlar. İlkin məbləği ödədikdən sonra onun əlində ilkin sənəd olacaq. Sənəddə əldə edilmiş mənzilin dəqiq ünvanı göstəriləcək. Bu məlumatlar mənzilin təkrar satışının qarşısını almaq üçün reyestrə daxil ediləcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR