İçki həvəskarlarının yeni problemi (VİDEO)

İçki həvəskarlarının yeni problemi (VİDEO)
21:56 20 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ildən vergilərlə bağlı çox sayda yeniliklər qüvvəyə minəcək.

ANS TV-nin məlumatına görə, yanvarın 1-dən qüvvəyə minən yeniliklərdən biri spirti içkilərin satışı ilə bağlıdır. Artıq bu məhsulları yalnız plastik kartla almaq mümkün olacaq. Əks halda ciddi cəzalar nəzərdə tutulur.

50 manata qədər içkini nağd şəkildə satanları cərimə, 50 manatdan artıq məbləğdə olduqda isə hətta həbs gözləyir. Amma bu, kafe və restoranlarda satılan içkilərə aid deyil.

Vergilər nazirinin birinci müavini Natiq Əmirov bu qərarın məqsədini belə izah edir.

“Vergi tutumundan da vacib məsələ ölkədə nağdsız əməliyyatların aparılması mədəniyyətinin formalaşmasıdır. Digər məqsəd isə nağdsız alış–satışın nə qədər aydın, sadə olmasının insanlara, vergi ödəyicilərinə izah etmək, onları buna alışdırmaqdır. Vergi ödəyiciləri inanmalıdırlar ki, nağdsız əməliyyatlar onların xərcini azaldacaq”.

Kartla ödənişi aparmaq üçün isə obyektdə pos-terminal olmalıdır. Buna görə, yanvarın 1-dən pos-terminal olmayan ticarət mərkəzlərində spirtli içki satışı mümkün olmayacaq. Belə obyektlərin siyahısı nazirliyə təqdim olunub.

Gələn ildən tikinti, iaşə və ticarət sahəsində fəaliyyət göstərən sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanı veriləcək.

Bütün bunlarla yanaşı vergidən yayınanlara qarşı sərt cəzalar tətbiq olunacaq. Hətta onların ölkədən çıxmasına qadağa qoyulacaq.

Gələn il qüvvəyə minəcək digər yenilik idman mərc oyunlarının uduşlarının vergiyə cəlbidir.

“Vergi məcəlləsinə edilmiş dəyişiklərlə, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulan müddüalar vergi məcəlləsinə daxil edilmişdir”, – deyə Vergilər Nazirliyinin idarə rəisi Natiq Şirinov qeyd edib.

Bütün bu dəyişikliklər 2016-cı il yanvar ayının 1-dən qüvvəyə minəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR