Tüninqli Mercedes-Benz CLA - FOTO

Tüninqli Mercedes-Benz CLA - FOTO
22:12 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Liberty Walk tüninq emalatxanası Mercedes-Benz CLA modelini yeni versiyada təqdim edib. Tünerlər avtomobili sadəcə aerodinamik elementlərlə təmin ediblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kupe tipli dördqapılı avtomobil qanadların və təkər tağlarının üzərindəki kobud çıxıntılar sayəsində hiss olunacaq dərəcədə enlənib. Bundan əlavə təkərlərin də enləndiyini müşahidə etmək mümkündür. 

Tünerlər bununla kifayətlənməyərək, avtomobilin aerodinamikasını dairəvi şəkldə yeniləyiblər. Öndə güclü splitter (həmçinin yan ətəklərdə) əlavə olunub, arxaya isə diffuzor inteqrə edilib. Bonus olaraq baqaj üzərində çox zərif spoyler yerləşdirilib.

Bütün detallar karbondan hazırlanıb və 10 000 ABŞ dollarına başa gəlir
Milli.Az












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR