Penitensiar xidmət: İlqar Əliyev mələfəni pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb

23:03 20 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2, 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan İlqar Mustafa oğlu Əliyev intihar edib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalan İ.Əliyev mələfəni ip formasında pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.
Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, ölüm halı baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.
Hadisə yeri Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR