Azərbaycanın itirdiyi pullar

Azərbaycanın itirdiyi pullar
23:21 20 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Ötən 2015-ci ilin yanvar-oktyabr aylarında Ermənistan Rusiyaya ixracatın azalması üzrə MDB rekordu göstərib.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya gömrük xidmətinə istinadən Ermənistanın “News.am” saytı məlumat verib. Saytın yazdığına görə, ilin ilk 10 ayında Ermənistandan Rusiyaya ixracat keçən ilin uyğun aylarına baxanda 45,1% azalıb ki, bu da MDB ölkələri içində Ukrayna istisna olmaqla ən yüksək azalma göstəricisidir.

Saytın yazdığına görə, bu, Rusiyaya MDB ölkələrindən ixracatın azalmasının orta göstəricisindən xeyli yüksəkdir. Yanvar-oktyabr aylarında şimal qonşumuza MDB ölkələrindən ixracat 38%, Avrasiya İttifaqı ölkələrindən ixracat isə 32% azalıb. Yəni Ermənistanın göstəricisi üzv olduğu hər iki qurumun orta göstəricisindən xeyli çoxdur.


Azərbaycan Rusiyaya əsasən ərzaq malları ixrac edir

Erməni saytı bu göstəricini istər-istəməz Azərbaycandan Rusiyaya ixracatın on aylıq göstəricisi ilə müqayisə edib. Saytın Rusiya mənbələrinə istinadəqn verdiyi məlumata görə, 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya ixracat 2014-cü ilin uyğun ayları ilə müqayisədə 18,8% azalıb.

“Rusiya əsasən Azərbaycanda ərzaq malları, həmçinin xeyli az miqdarda neft və neft məhsulları alır. Bizim Rusiyaya ixracatımız isə əsasən konyakdır, həm də yığım mövsümündə meyvə göndəririk”,- deyə erməni saytı yazır.

Beləliklə, Ermənistanın 2015-ci ilin yanvarından Avrasiya İttifaqına daxil olmaqla iqtisadi inkişafa bağladığı böyük ümidlər puça çıxdı. Halbuki, ilin əvvəlində Ermənistan işbazları Rusiya bazarına hətta qara kürü satmaq barədə planlar qururdular. Bunun üçün Göyçə (Sevan) gölündə xüsusi nərə yetişdirmə təsərrüfatları quracaqlarını vurğulayırdılar.

Göründüyü kimi, Ermənistanın Rusiyaya ixracatda vəziyyəti hətta bütün dəvətlərə baxmayaraq Avrasiya İttifaqı kimi iqtisadi birliklərdən uzaq duran Azərbaycanınkından xeyli pisdir. Amma buna baxmayaraq, İqtisad Universitetinin professoru Zahid Məmmədov Azərbaycandan yaxın qonşusu Rusiyaya ixracatın azalmasını doğru saymır. “Bizdə mən indiyə kimi hansısa bir şirkətin Rusiyaya və ya Türkiyəyə ixracatla bağlı hər hansı bir araşdırmasına rast gəlməmişəm. Halbuki, dünyanın əksər şirkətləri, bankları belə araşdırmalar aparırlar, mütəxəssisləri dəvət edib fikirlərini öyrənirlər”,- deyə Zahid Məmmədov ANS PRESS-ə bildirib.


Zahid Məmmədov - İqtisad Universitetinin professoru

Onun sözlərinə görə, bu yaxınlarda elmi ezamiyyətdə olduğu qonşu Rusiyada universitetlər belə forumları tez-tez təşkil edirlər və hər dəfə də bu tədbirlərdə ciddi araşdırmalar təqdim edilir: “Mən Moskva ətrafında Domodedovoda xüsusi klubda çıxış elədim. 500-dən çox dinləyici gəlmişdi və qonşu ölkələrin iqtisadi vəziyyəti ilə maraqlanırdılar. Bizim şirkətlər də bu cür tədbirlər keçirməli və qonşu bazarların ehtiyaclarını öyrənməlidirlər”.

Professor hazırda neftin barrelinin qiymətinin 100 dollardan 3 dəfə aşağı düşdüyü bir dövrə qədəm qoyduğumuz xatırlardır və xarici valyuta gətirən iqtisadi sahələrin vacib olduğunu vurğulayır.

Əslində, Rusiyada bu sahədə hələ istfadə edilməyən geniş imkanlar var. Məsələn, Moskva Azərbaycan sahibkarlarına loqistik mərkəzlər tikərək Azərbaycanda istehsal edilən məhsulları çağdaş supermarketlərdə qablaşdırılmış halda satmağı təklif edir. Bu, ticarətə vergi nəzarətini dərinləşdirmək baxımından çox əlverişlidir. Bizim iş adamları isə yenə də əvvəlki kimi mallarını pərakəndə və topdansatış bazarlarında satmağı üstündük verirlər. Nəticədə, Azərabycan məhsullarının satış çevrəsini xeyli aşağı salır.

Rusiyadan gələn yeni təhlükə


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR