​“Qəbələ” baş məşqçi Roman Qriqorçukla müqavilənin müddətini uzadıb

​“Qəbələ” baş məşqçi Roman Qriqorçukla müqavilənin müddətini uzadıb
23:22 20 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ “Qəbələ” klubun baş məşqçisi Roman Qriqorçukla müqavilənin müddətini uzadıb.
"Report" komandanın saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.
Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014-2015 mövsümündə Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015-2016 mövsümümdə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR