Adı yeni - özü yeni Mercedes-Benz - FOTO

Adı yeni - özü yeni Mercedes-Benz - FOTO
23:52 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Mercedes şirkəti SLK modelinin yeni versiyası sayılan SLC rodsterini tam məxfilikdən çıxartdı. Dünya təqdimatı NAIAS sərgisində nəzərdə tutulsa da, şəkllər və detallar artıq indidən paylaşılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, satışlara Detroyt avtosalonundan qısa müddət sonra, daha dəqiq desək yanvarın ortalarında start veriləcək. Qatlanan sərt tavanı qoruyub saxlayan rodsteri yan profildən tanımaq mümkündür. Lakin ön və arxa hissələrin yenilənməsi dərhal hiss edilir. Əlavə ödəmə ilə mat rənglənmə və LED optika əldə etmək olar. 

Salon yenilənsə də radikal dəyişikliklərə məruz qalmayıb. Burada xüsusi olaraq sükan və sürətlər qutusunun lingini qeyd etmək lazımdır. 

Maraqlı opsiyalar arasında "hava şarfi", tənzimlənən klirensli adaptiv asma və bir neçə iş rejimli sabitləşmə sistemini vurğulamaq olar. Mühərrik qammasına gəldikdə, bura dörd benzin və bir dizel güc aqreqatı daxildir. Benzinlə işləyənlər 156 a.g. (250 Nm), 184 a.g. (300 Nm) və 245 a.g. (370 Nm) dörd silindirli, həmçinin SLC 43 AMG top versiyası üçün nəzərdə tutulan altı silindirli 367 atlı və 520 Nm fırlanma anı hasil edən turbomühərrikdir. Əlavə ödəmə ilə idman üslublu asma və yüksək sürtünməli differinsial əlavə etmək mümkündür.

Rodster ən zəif mühərriklə ilk yüzlüyə 7,9 s, ən güclü variantla isə 4,7 s ərzində sürətlənir. Dizellə işləyən SLC 2,1 litrli 204 atlı və 500 Nm fırlanma anı hasil edən mühərriklə təchiz edilib. Btün hallarda avtomobil 9 pilləli avtomat sürətlər qutusu əldə edəcək. 
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR