Xəzərdə ən son vəziyyət (VİDEO)

Xəzərdə ən son vəziyyət (VİDEO)
23:56 20 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Xəzərdə baş verən “Günəşli” qəzası, 10 nəfərin ölümü, 23 nəfərin itkin düşməsi ortaya bir böyük ləkə qoymaq iddiasındadır. Xəzərin çirkləndiyini iddia edənlər var. Doğrudanmı milli sərvətmizin qüruru ləkələnib?

Rusiya kütləvi informasiya vasitələrinin fəal yaydığı bu məlumatların izinə düşmək üçün kosmosa, peyk təsivirlərinin emalı qrupunun əməkdaşları ilə birlikdə “Azərkosmos”un köməyinə müraciət etdik. Hər şeyi öz gözümüzlə gördük. Siz də görəcəksiniz.

- Aqil müəllim, bu gün Xəzərdə vəziyyət nə dərəcədə təhlükəlidir və yaxud təhlükəli deyil?


- Məhz bu optik təsvirlər ayın 8, 12 və14 “Azerspace” peyki tərəfindən çəkilib. Radar təsvirlər isə dekabrın 5, 10,12 və16-sı Kanadanın “MDA” şirkətinə məxsus “Radarsat-2” peykindən əldə olunmuşdur. Rusiya kütləvi informasiya vasitələrində dərc olunan məlumatlarda da aydın oldu ki, onlar “Sentinel-1A” peykinin bir təsvirindən istifadə etmişlər.

- Öncə “Sentinel-1A” peyki ilə bağlı bir məsələni dəqiqləşdirək. Onların məlumatlarına nə dərcədə etibar etmək olar, onlar nə dərəcədə bu məsələ üzrə peşakardırlar?

- Qeyd edim ki, dünya praktikasında belə, yəni neft sızıntıları, neft çirklənmələrilə bağlı məlumatların tam dəqiqliyi ilə əldə olunması üçün müxtəlif tələblər var. Bu, istər optik, istərsə də radar təsvirləri olsun. Xatırladım ki, istər optik təsvirlər, istərsə də radar təsvirlər üçün qarşıya fərqli tələblər qoyulur. Məhz Rusiya kütləvi informasiya vasitələrində yayımlanan məlumatlar yalnız “Sentinel-1A” peykindən əldə olunmuş bir təsvirə istinadən verilmişdir. Bu isə yol verilməz haldır. Çünki bir təsvirdə istifadə etməklə neft sızıntısın tam dəqiqliklə demək olmaz.

Optik tələblərə gəlincə – ilk öncə havanın buludsuz olması gərəkir. Eyni zamanda analiz olunan ərazinin işıqlanması, Günəş bucağının müəyyən olunmuş dərəcəsi altında olmalı və təsvirin ayid edilməsi yüksək keyfiyyətdə olmalıdır. Sonuncu, üçüncü amil isə şəkilər peykdən bir neçə dəfə təkrarən çəkilməlidir. Qeyd edim ki, hazırda “Azərkosmos” bu istiqamətdə monitorinqlərini davam etdirir. Radar isə optik tələblərdən bir az fərqlənir. Hava şərait radar şəkillərin çəklişinə təsir göstərmir, yəni havanın istər gündüz və ya gecə, istərsə də buludlu olmasına baxmayaraq. Burada əsasən əlverişli dalğaların olmasıdır.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR