Qan azlığı olanlar daha çox yeməlidir SİYAHI

Qan azlığı olanlar daha çox yeməlidir SİYAHI
23:57 20 Dekabr 2015
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən tərkibi dəmirlə zəngin olan qidaların siyahısını təqdim edir. Xüsusən qan azlığından əziyyət çəkənlər bu qidaları çox yeməlidir.  

Qırmızı ət

Dəmir almaq baxımından ən gözəl yol qırmızı ət yeməkdir. Gündəlik dəmir ehtiyacı yaşa və cinsiyyətə görə dəyişir. Kişilərin gündəlik ehtiyacı 8 mq, qadınların 50 yaşa qədər 18 mq, daha sonra 8 mq-dır. Hamiəlik müddətində dəmir ehtiyacı artdığı üçün bu dövrdə gündəlik 27 mq dəmir qəbul etmək lazımdır.

Ağ ət

"Qırmızı ət yemirəm" deyənlərdənsinizsə, üzülməyin. Hinduşka, toyuq, ördək kimi ev quşları da çox yaxşı dəmir qaynağıdır.

Tünd yaşıl rəngli tərəvəzlər

Əgər ləzzətli bir qarnitur axtarırsınızsa, ispanaq, kələm, gül kələmi  sizin üçün çox yaxşı dəmir qaynağı ola bilər. 

Balıq

Pəhrizinizə dəmir əlavə etməyin yollarından biri də balıqdır. Balıq yüksək protein, bol Omega 3 və yağ turşusu tərkiblidir. Xüsusən də tuna, sardalye, uskumru və mezgit dəmirlə zəngin balıqlardır. Bununla həm də ürək xəstəliklərindən qorunmuş olarsınız.

Paxlalılar

Əgər vegeteriansınızsa, dəmir qəbul etməyinizin ən yaxşı yolu noxud, quru lobya, mərcimək kimi paxlalılardır. Onların tərkibindəki dəmirin daha yaxşı istifadəsini təmin etmək üçün suda saxlayın, sonra başqa suda qaynadın. Bu cür paxlalıların yanında taxıl bitkilər də yeyə bilərsiniz.

Taxıllar

Xüsusən də səhər yeməklərində buğda, kəpək və yulaf qatqılı çörəklər yeyin. Dəmir ağ çörəklərə nisbətən tam taxıllarda daha yüksəkdir.

Yumurta

Səhər yeməyində yaxşı qaynadılmış yumurta və yanında tam buğda çörəyi yeməklə bədəninizi dəmirlə zənginləşdirə bilərsiniz. Lakin bir şərtlə: yanında dəmir emalına mane olan qəhvə və ya çayı 40 dəqiqə sonra için və ya açıq çay için.

Bəhməz

Xüsusən də qara tut bəhməzi dəmir qaynağıdır. 100 qram bəhməzin tərkibində təxminən 400 mq kalsium, 10 mq dəmir var.

Quru meyvə

Dəmir baxımından zəngin quru üzüm, quru ərik, xurma, şaftalı arzuedilən quru meyvələrdir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR