​"Barselona" Dünya Klub Çempionatının qalibi olub

​"Barselona" Dünya Klub Çempionatının qalibi olub
00:27 21 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu Yaponiyada keçirilən futbol üzrə Dünya Klub Çempionatının finalında Argentina "River Pleyt"ini 3:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, oyunda hesabı 36-cı dəqiqədə Lionel Messi açıb.
Ardınca ikinci hissənin əvvəlində Luis Suares komandasının üstünlüyünü möhkəmləndirib. 68-ci dəqiqədə isə o dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyən edib.
Beləliklə, "Barselona" Dünya Klub Çempionatında üçüncü dəfə qalib gəlməklə rekorda imza atıb.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/barselona-dunya-klub-cempionatinin-qalibi-olub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR