"Barselona" Dünya çempionu oldu (VİDEO)

Yaponiyada keçirilən futbol üzrə Klublararası Dünya çempionatına yekun vurulub.

Turnirin final matçında "Barselona""River Pleyt" üz-üzə gəliblər. 36-cı dəqiqədə Lionel Messi hesabı açıb. İkinci hissənin startında Luis Suares fərqlənib. Çox keçmədən uruqvaylı futbolçu dublunu rəsmiləşdirib. 3:0 hesabı ilə qələbə qazanan "Barselona" 3-cü dəfə Klublararası Dünya çempionatının qalibi olub.

Klublararası Dünya çempionatı

Final

"Barselona" - "River Pleyt" - 3:0

Qollar: Messi, 36, Suares, 49; 68

"Barselona" - "River Pleyt" oyununu canlı izləyə bilməyənlər üçün matçın video icmalını təqdim edirik:

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR