21 dekabr, 2015 / Topaz Premyer Liqasının 18-ci turunda "Kəpəz" "Neftçi"ni qəbul edib.
14-cü dəqiqədə ev sahiblərinin heyətində Tərlan Quliyev fərqlənib. İkinci hissə başlar-başlamaz Cavid İmamverdiyev hesaba tarazlıq gətirib. Matçda başqa qol olmayıb. "Kəpəz" - "Neftçi" oyunu 1:1 hesabı ilə yekunlaşıb. Əlavə olaraq qeyd edək ki, "Kəpəz"in heyətində Tural Nərimanov, "Neftçi"də isə Aylton qırmızı vərəqə ilə cəzalandırılıblar.
“Kəpəz” – “Neftçi” - 1:1
Qollar: Tərlan Quliyev, 14 - Cavid İmamverdiyev, 47
Qırmızı vərəqələr: Tural Nərimanov, 52 - Aylton, 50
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu
"Kəpəz" - "Neftçi" oyununu canlı izləyə bilməyənlər üçün video icmalı təqdim edirik: