Yunis Hüseynov: "1-ci diviziona yuvarlanacağıq"

Topaz Premyer Liqasının 18-ci turunda "Xəzər Lənkəran" "İnter"ə 0:2 hesabı ilə uduzdu. "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb və məğlubiyyəti şərh edib. Metbuat.az Futbolinfo.az-a istinadən təcrübəli mütəxəssisin fikirlərini təqdim edir:

- "İnter"i təbrik edirəm. Bilirsiniz ki, heyətlə bağlı ciddi sıxıntılarımız var. Məcburiyyətdən dünən əvəzedicilərdə çıxış edən 2 oyunçunu oynatdım. Fasilə yarandı, rəhbərliklə söhbətimiz olacaq. Elitada yerimizi qorumaq üçün 15 yeni oyunçuya ehtiyac duyuruq.


- Qeyd etdiniz ki, rəhbərlik qərar verəcək. Bu futbolçularla oynamağı qərara alsalar, istefa verə bilərsiz?
- İnanmıram ki, rəhbərlik belə qərar versin. Çünki bu, o deməkdi ki, 1-ci diviziona yuvarlanacağıq.


- 4-5 oyunçunun qala biləcəyini qeyd etdiniz. Adlarını çəkə bilərsiniz?
- Bunu siz məndən də yaxşı bilirsiniz.


- Yəqin ki, "Əhməd haradadı?" filminə baxmısınız. Həmin filmdən bir cümləni xatırlatmaq istərdim: "Bacı, itirə-itirə gedirsiniz". Qorxmursunuz ki, yeni oyunçuları cəlb etmək bir yana, elitada çıxış etməyə layiq gördüyünüz 4-5 oyunçu da sıralarınızı tərk edə?
- Hər şey ola bilər. Bu gün 6-7 oyunçumuza təkliflər gəlib. Sadəcə, onların yayadək müqavilələri var. Rəhbərliyin necə qərar verəcəyindən asılıdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR