Tərlan Əhmədov: "Bütün oyunlarımız burada keçirilsə, çempion ola bilərik"

Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub və komandalar qış fasiləsinə yollanıb. AZAL doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni şərh edib. Metbuat.az Futbolinfo.az-a istinadən gənc mütəxəssisin fikirlərini təqdim edir:


- Əvvəla bütün Azərbaycan xalqını qarşıdan gələn 2016-cı il münasibətilə təbrik edirəm. Tək bu yox, ümumiyyətlə, komandamın son 5 oyunundan razı qaldım. Bu matçlardan əvvəl uşaqlarla sözü bir yerə qoyub, xal ehtiyatımızı artırmağın vacib olduğunu bildirmişdim. Futbolçularımın qarşısında baş əyirəm. Belə ağır gündə bizimlə oldular. Bu ili yaxşı nəticə ilə başa vurduq. İkinci dövrə üçün xal ehtiyatrımızı toplaya bildik.


- Yanvardan sonra vəziyyət düzələcəyi deyilir. Bu müddətdə komandaya yeni futbolçuların cəlb olunması gözlənilirmi?
- Ola bilsin 1-2 yeni futbolçu transfer etdik. Bundan başqa, alınsa bir hücumçunun olmasını da istəyərdim. Yanvarda vəziyyətin düzələcəyi dəqiq deyil. Bəlkə elə 2016-cı ili də bu vəziyyətdə başa vurduq.


- Əgər Topaz Premyer Liqasının bütün matçları “AZAL Arena”da keçirilsə, AZALın çempion olmaq şansları nə dərəcədə realdı? Komandanız bu stadionda rəqiblərinə hələ də məğlub olmayıb...
- Burada meydana çıxmaq bizim üçün rahatdı. Çünki bəzi futbolçularımız ailələri ilə bazada qalır. Daha əvvəl oyunlarımızı keçirdiyimiz “Dalğa Arena”ya öyrəşməmişdik deyə, məğlub olurduq. Bəlkə də bütün oyunlarımız burada keçirilsə, çempion ola bilərik (gülür).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR