Əsgər Abdullayev: "Hesab edirəm ki, iki xal itirdik"

“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının XVIII turu çərçivəsində "Kəpəz"lə keçirilən oyundan sonra keçirilmiş mətbuat konfransında fikirlərini bildirib.

Təcrübəli mütəxəssis iki xal itirdiklərini bildirib:

“Oyun çətin keçdi. Meydança normal futbol oynamağa imkan vermirdi. Belə meydançada oynamaq ağır idi. Standart vəziyyətlərdən daha çox yararlanmağa çalışırdıq. Bir neçə epizodda hesabda irəli keçə bilərdik. Hesab edirəm ki, iki xal itirdik. Fəhmin Muradbəylinin zədələnməsinə gəlincə, onu xəstəxanaya aparıblar, ümid edirik ki, zədəsi çox ağır olmaz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR