Şahin Diniyev: "Neftçi"dən və Ramosdan üzr istəyirəm"

Premyer Liqanın 18-ci turunda "Kəpəz" azarkeşləri önündə "Neftçi" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Metbuat.az Sportal.az-a istinadən təcrübəli mütəxəssisin fikirlərini təqdim edir:

- "Neftçi" komandası və Ramosdan üzr istəyirəm, öz emosional hərəkətimə görə. Nə olursa olsun, məşqçi təmkinli olmalıdır, hər sözə reaksiya göstərməli deyil. Oyuna gəldikdə, gərgin matç oldu. "Neftçi" döyüşkən komandadır. Nəticə oyuna görə oldu. Yeni yaranmış komandayıq, 6 heç-heçəmiz oldu, bunlardan ikisi qələbə olsaydı, hər şey başqa cür ola bilərdi. Liderlər qrupundan elə də uzaq deyilik, 3 xallıq sistemdə bu xal fərqini bağlaya bilərik. Hər iki komanda başabaş mübarizə apardı, heç kim üstün deyildi. Komandamla fəxr edirəm.

- Kərim Diniyev 90 dəqiqə oynamağa hazırdır?

- Burda söhbət ata-oğuldan gedə bilməz. Kərim bu gün dayaq yarımmüdafiəçisidi və bu gündə nə qədər mübarizə uddu. Kərim Diniyevin mübarizələri udması mənə bəs edir. Düzdür, ötürmələrdə bəzi səhvlərə yol verirdi. Futbolda dağıtmaq və yaratmaq funksiyası var, azarkeşlər yaradıcı funksiyasını sevdiyi üçün dağıdıcı futbolçuları elə də bəyənmir.

- Artıq çempionatda fasilə yarandı. Qış fasiləsində hazırlıq planı necədir və kimlər komandadan gedəcək?

- Artıq çatışmazlıqlarımız barədə klub rəhbərliyinə məlumat vermişəm. Bildirmişəm ki, nəyi saxlamalıyıq, nəyi dəyişməliyik. mənim üçün ən ağlr məqam futbolçunun komandadan göndərilməsidir, amma buna məcburuq. 4, maksimum 5 futbolçu komandan göndəriləcək. 2 futbolçu transfer edəcəyik, amma konkret qərar verməmişik. Yanvarın 11-də Yevlaxda 1 həftəlik təlim-məşq toplanışına start verəcəyik. Yanvarin 20-dən sonra Bakıda davam etdirəcəyik. Antalyada qısamüddətli toplanış üçün şərait var idi, amma yorğunluğu nəzərə alaraq Yevlaxı seçdik. Şəraitə görə, Yevlax heç də Antalyadan pis deyil.

- Erik Ramosla aranızda nə baş verdiki?

- Bir aut epizodunda yan xət hakimi səhv qərar verdi. Mən də hakimə etirazımı bildirdim, Ramos isə məni hakimə göstərdi, mən də ona "sus" işarəsi göstərdim, söz verirəm ki, məşqçilik karyeramda ilk və axırıncı səhvim olacaq. Məşqçi futbolçunun iddialarına cavab verməli deyil


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR