Azərbaycan benzin istehsalını artırıb

Azərbaycan benzin istehsalını artırıb
03:11 21 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1,12 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 1,6 faiz çoxdur. ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 11 ayının yekunları üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda təqribən 5,04 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 4,9 milyon ton olub.

Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR