Endi Marrey ilin idmançısı seçildi

BBC-nin seçdiyi ənənəvi "İlin idmançısı" mükafatının qalibi müəyyənləşib.

Böyük Britaniya yığmasının Deyvis kubokunu qazanmasında böyük pay sahibi olan tennisçi Endi Marrey "İlin idmançısı" seçilib. O, səslərin 36 faizini (361,446) toplayıb. Kevin Sinfild (reqbi) yalnız Marreydən geri qalıb. 3-cü sırada isə heptatlet Cessika Ennis-Hill qərarlaşıb.

Mükafatın təqdimetmə mərasimi Belfastda keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR