​Sloveniya xalqı referendumda eynicinsli nikahlara qarşı səs verib

​Sloveniya xalqı referendumda eynicinsli nikahlara qarşı səs verib
03:37 21 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Sloveniyada keçirilən ümummilli referendumda əksəriyyət 63,12 faiz səs çoxluğu ilə ölkədə eynicinsli nikahların tətbiqinə qarşı çıxıb.
"Report" xəbər verir ki, bu barədə Sloveniyanın Dövlət Seçki Komissiyasına istinadən AFP məlumat yayıb.
Müvafiq qanun layihəsinin tərəfdarları səslərin yalnız 38,88 faizini toplaya biliblər.
Səsvermədə seçicilərin 35,65 faizi iştirak edib. Lakin referendumun nəticəsini qanunu hesab etmək üçün lazım olan 20 faizlik minimum həddə nail olunub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR