Yeni film rekord gəlir əldə etdi

Yeni film rekord gəlir əldə etdi
07:47 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Ulduz müharibələri" film silsiləsinin növbəti versiyası "Qüvvələrin Oyanışı" filmi ən çox gəlir gətirən filmlər arasında irəliləməkdə davam edir. Disney şirkətinin açıqlamasına görə, həftəsonu Amerika və Kanadada debütündən sonra filmin büdcəsinə 238 milyon dollar daxil olub. Bu, rekord göstərici hesab olunur.

Milli.Az anspress-ə istinadən bildirir ki, dünya üzrə isə, 3 gün ərzində büdcənin 517 milyona çatdığı qeyd edilir.

Rejissor Cey Cey Abrams çəkdiyi filmdə Harrison Ford, Mark Hemil, Kerri Fişer, Adam Drayver, Lyupita Nionqo kimi aktyor və aktrisalar rol ifa edirlər.

Filmin Azərbaycanda premyerası dekabr ayının 17-sində olmuşdu.

Amerika və Kanada kinoteatrlarında əvvəlki rekord "Yura Dövrü Dünyası" filminə məxsus idi. Film iyun ayında 208.8 milyon dollar gəlir gətirmişdi.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR