Azərbaycanın müdafiəsi ilə bağlı maliyyə problemi olmayacaq - VİDEO

Azərbaycanın müdafiəsi ilə bağlı maliyyə problemi olmayacaq - VİDEO
07:52 21 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Büdcədə elə sahələr var ki, orda bir qəpik də aşağı salınmayacaq. Məsələn, Müdafiə Sənayesi Nazirliyinin 2016-cı il üçün nəzərdə tutulmuş vəsaiti olduğu kimi qalacaq.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu həftə 10 yaşını qeyd etdiyimiz milli silah-sursat istehsalçılarımızın rəhbərini, nazir Yavər Camalovun müsahibəsini 10 illik hesabat kimi də qəbul etmək olar.

- Yavər müəllim Müdafiə Sənayesi Nazirliyi xüsusi statuslu qurumdur. Təbii ki, sizdən ona görə də çoxlu faktlar soruşa bilmərəm, heç açığı da istəmirəm. Çünki, bizə yalnız doslar baxmır. İndi biz rahat bir şəkildə nəfəs ala bilərikmi ki, artıq Azərbaycanın Müdafiə Sənayesi dayanıqlı, stabil təmələ malikdir. Çünki sovetlər dönəmində də "Azon" və bir neçə zavodlar vardı ki, orda da adda-budda nələrsə, istehsal olunurdu. Amma söhbət kompleksdən gedir.

- Tam olaraq o zavodlar fəaliyyət göstərirdi. Biz o zavodların profilini dəyişib yenidən qurduq. Hazırda həmin zavodlar atıcı silahların və onları ehtiyat hissələrini istehsalı, eləcə də yüngül artilleriya silahların və onları ehtiyat hissələrini istehsalı, həmçinin bütün növ döyüş sursatlarının istehsalı, eyni zamanda "Matador" və "Marauder" tipli minaya qarşı davamlı hərbi texnikaların istehsalı, bundan başqa hərbi texnikaların moderinləşdirilməsi və onların yenidə qurulması, mühəndis texnikası, daha sonra kəşfiyyat vasitələri və digər istiqamətlər üzrə zavodlarımız fəaliyyət göstərir. Bu yaxınlarda Özbəkistan tərəfi "BTR 70"-lərin üzərində Azərbaycanın istehsalı olan 23-30 mm-lik topların qurulmasını təklif ediblər. Artıq bu istiqamətdə danışıqlar gedir. 150 hərbi texnika üzərində bu işləri görməliyik.

- Sirr deyil ki, həm cəbhədə vəziyyət gərgindir, yəni silah-sursat lazımdır, həm də ki, dünya bu gün böhran keçirir və pul lazımdır. Azərbaycan da təbii ki, bu böhranda kənarda dayana bilməz. Vəziyyətdən necə çıxırsız?

- Cənab İlham Əliyev dəfələrlə öz çıxışında qeyd edib ki, ölkənin müdafiəsi ilə bağlı olan məsələlərdə maliyyə problemi olmayacaq.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR