“Putin bir Türkiyə təyyarəsini vuracaq” - VİDEO

“Putin bir Türkiyə təyyarəsini vuracaq” - VİDEO
08:27 21 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

"Soyuq müharibə" dövründə Türkiyənin əsas kəşfiyyat orqanı MİT-in (Milli İstihbarat Təşkilatı) casusu olmuş Ənvər Altaylı Türkiyə ilə Rusiya arasında davam edən gərginliyi şərh edib.
Milli.Az anspress-ə istinadən bildirir ki, "Ahaber" kanalında "Yap-Poz" proqramının qonağı olan keçmiş MİT əməkdaşı Rusiya barədə maraqlı iddialar səsləndirib. Putinin yeni çar olduğunu bildirən Altaylı Rusiya prezidentinin hökmən bir Türkiyə təyyarəsini vuracağını iddia edib. Keçmiş casus həmçinin ölkə vətəndaşlarını Putinə qarşı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşməyə səsləyib:

"Türkiyənin müstəqil siyasət aparması Putini çox narahat edir. Heç bir türk Putinin ağzı ilə Türkiyə prezidentinə qarşı çıxışlar etməməlidir. Hər bir kəs Rusiyaya qarşı prezidentin mövqeyini dəstəkləməyə məcburdur. Putin Rusiyanın yeni çarıdır. Rusiya dövlətinin əsası kəşfiyyat orqanlarından ibarətdir. Bu ölkə 2008-ci ildən 2014-cü ilə qədər öz ordusu üçün 800 milyard dollar ayırıb. Qarşıdakı günlərdə Putinin bir türk təyyarəsini vuracağı istisna olunmur."

Avropada müsəlman uşaqların terror düşərgələrinə cəlb olunduqlarını deyən Ənvər Altaylı dünyanın yeni bir "soyuq müharibə" dövrünə girdiyini bildirib. Keçmiş casus SSRİ-nin tənəzzülündə effektiv rol oynadığını iddia edib.
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR