Çində torpaq sürüşməsi nəticəsində 59 nəfər dağıntılar altında qalıb

Çində torpaq sürüşməsi nəticəsində 59 nəfər dağıntılar altında qalıb
08:28 21 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 21 dekabr, AZƏRTAC
Çinin cənubundakı Quandon əyalətinin Şencen şəhərində şiddətli yağışlardan sonra dekabrın 20-də baş vermiş torpaq sürüşməsi nəticəsində 59 nəfər dağıntılar altında qalıb.
Sürüşmə zamanı şəhərin nisbətən yüksək olan hissəsində yerləşən sənaye parkının ərazisində 33 bina, o cümlədən 2 yataqxana uçub. Yaranmış palçıq axını ərazinin böyük hissəsinə yayılıb. Hadisədən sonra ərazidən 900 nəfər təxliyə edilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər yağışlı hava şəraitində palçıqlı sahədə axtarış-xilasetmə işlərini davam etidirirlər. Hələlik 4 nəfərin xilas edildiyi bildirilir.
Torpaq sürüşməsinin baş verdiyi ərazidən keçən qaz kəmərində partlayış baş verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR