Rusiyada partlayan binadan ilk meyitlər çıxarıldı (FOTO)

Rusiyada partlayan binadan ilk meyitlər çıxarıldı (FOTO)
09:31 21 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Volqaqrad vilayətində 9 mərtəbəli yaşayış binasında ardıcıl olaraq baş verən partlayış nəticəsində ölənlər olub. İlkin məlumata görə, 5 nəfərin meyiti tapılıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, gecə saatlarında xilasedicilər ilk meyiti dağıntılar altından çıxara biliblər. Məlumata görə, hələ 5 nəfərin dağıntılar altında olduğu güman edilir.

Hazırda 11 nəfər xəstəxanalardadır. Onların arasında ağır vəziyyətdə olanlarda var. Buna görə də ölü sayının artacağı istisna edilmir.

hadisə Kosmonavtlar küçəsində qeydə alınıb. Hüquq-mühafizə orqanı əməkdaşının verdiyi məlumata görə, ikinci partlayışın qaz qalıqlarının söndürülməsi zamanı baş verdiyi ehtimal edilir. Hadisə zamanı xəsarət alanlardan üçü uşaqdır.

Ehtimal edilir ki, hadisə 7-ci mərtəbədə baş verib. İlk partlayış baş vedikdən sonra 7-ci mərtəbədə yerləşən mənzillər uçub. Həmin mənzillərin söndürülməsi zamanı isə ikinci partlayış baş verib.


Binada baş verən yanğın




Hadisə baş verən bina

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR