​PSJ klubu Fransa çempionatında yeni rekorda imza atıb

​PSJ klubu Fransa çempionatında yeni rekorda imza atıb
10:57 21 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Fransanın PSJ klubu yeni rekorda imza atıb. "Report"un məlumatına görə, Paris təmsilçisi ilk dövrədə ən çox xal toplayan komanda kimi ölkə futbolunun tarixinə düşüb.
PSJ 19 tura 51 xal yığıb. Bu isə Liqa 1 tarixində ən yüksək göstəricidir. Loran Blanın rəhbərlik etdiyi komanda rəqib qapısından 48 top keçirib və 9 qol buraxıb. Komandanın aktivində 16 qələbə və 3 heç-heçə var.
Qeyd edək ki, bu göstərici PSJ-dən əvvəl "Lion"a (2006/07) məxsus olub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/psj-klubu-olke-cempionatinda-yeni-rekorda-imza-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR