Əməkdar artist borclarından danışdı: "Hər ay iki banka..."

Əməkdar artist borclarından danışdı: "Hər ay iki banka..."
11:04 21 Dekabr 2015
73 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Lalə Məmmədova borclarından danışıb. Lent.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən ifaçı bildirib ki, iki banka borcu var: “Mən iki övladıma görə həyatdayam. Bu dəqiqə oturub keçmiş xatirələrlə yaşasam, düzgün olmaz. Hazırda iki banka bəlli bir məbləğdə kredit var. Maşınım kreditdədir. Bəzən tədbirlərə qatılan zaman qaçıb maşınıma baxıblar ki, görək bu hansı avtomobillə gəlib. Amma bütün bunlar mənim üçün önəmsizdir”.  

Əməkdar artist şou-biznesdən də danışıb: “Mən şou aləmini çirkə bənzədirəm. Bu günə qədər yadımdadır ki, Siyavuş Kəriminin yanına getmişdim, dedim ki, oxumaq istəyirəm. Mənə söylədi ki, bilirsiniz səhnə nəyə bənzəyir? Çirkə bənzəyir. Kimisinin kefi yaxşı olub deyib ki, mənim ləqəbim “Əjdaha”dır, “Pişik”dir. Mənim bir ləqəbim olub. “Qaraböcək”. Bu ləqəbi bacılarım mənə qoyub". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR