Las Veqasda yol qəzasında xəsarət alanların sayı 37-yə çatıb, 1 nəfər ölüb

Las Veqasda yol qəzasında xəsarət alanların sayı 37-yə çatıb, 1 nəfər ölüb
11:12 21 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ-da Las Veqas ştatında baş verən qəza nəticəsində xəsarət alanların sayı 37-yə çatıb, 1 nəfər ölüb.
"Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, avtomobilin piyadaları vurması nəticəsində baş verən qəzada xəsarət alanlardan bir neçəsi kritik vəziyyətdədir. Yerli polisin məlumatına görə, avtomobilin sürücüsü nəzarət altında saxlanılır.
Qeyd edək ki, hadisə bazar günü "Dünya gözəli 2015" yarışmasının keçirildiyi "Planet Hollywood" hotel-kazinosunun yaxınlığında baş verib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/las-veqasda-yol-qezasinda-xesaret-alanlarin-sayi-37-ye-catib-1-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR