Gürcüstan Azərbaycandan əlavə qaz almaq istəyir

Gürcüstan Azərbaycandan əlavə qaz almaq istəyir
11:14 21 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan ərazisindən keçməklə həyata keçirilən keçən bütün beynəlxalq layihələr bizim üçün prioritetdir. Bunu Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze APA-nın müxbirinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, müasir şəraitdə Gürcüstanın qaza olan ehtiyacı ildən-ilə artır: "Bizim ölkə üzərindən bir çox beynəlxalq layihələr həyata keçirilir və bütün bu cür layihələr Gürcüstan üçün prioritet təşkil edir. Biz öhdəliyimizə düşən hər şeyi edirik ki, beynəlxalq layihələrin tikintisi problemsiz həyata keçsin. Son 3 ildə Gürcüstanda qazdan istifadə 35% artıb. Gürcüstanda qaza olan tələbat durmadan artır və biz SOCAR-la qazlaşdırmanı keyfiyyətlə həyata keçiririk. Biz qazı üç mənbədən alırıq: SOCAR-dan, "Şahdəniz" layihəsindən və "Qazprom"dan. Məndə olan məlumata görə, "Şahdəniz-2" layihəsi plana uyğun olaraq reallaşır. Bu layihə bizim üçün çox vacibdir, çünki bu, bizim üçün əlavə qaz mənbəyidir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR