Qazaxın Yuxarı Salahlı kəndində ilk dəfə olaraq balıqçılıq təsərrüfatları yaradılıb

Qazaxın Yuxarı Salahlı kəndində ilk dəfə olaraq balıqçılıq təsərrüfatları yaradılıb
11:18 21 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 21 dekabr, AZƏRTAC
Qazaxın Yuxarı Salahlı kəndində ilk dəfə olaraq balıqçılıq təsərrüfatları yaradılıb.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatının gəlirli sahəsi hesab edilən balıqçılığı bölgədə inkişaf etdirmək üçün 10-a yaxın fermer Kür çayının yaxınlığında müxtəlif ölçüdə süni göllər yaradıblar. Bu göllərdə əsasən ağ Amur və çəki balığı yetişdirilir.
Fermer Çingiz Tanrıverdiyev bildirib ki, təsərrüfatlarda balıqlar əsasən buğda və otla bəslənilir. Balıqlar üçün il ərzində 20-25 ton yem, 100 bağdan artıq ot alınır. Bu sahənin gəlirli olduğunu deyən Ç.Tanrıverdiyev gələcəkdə süni göllərin sayını artırmağı da planlaşdırır.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxin_Yuxari_Salahli_kendinde_ilk_defe_olaraq_baliqchiliq_teserrufatlari_yaradilib-912853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR