Vaqif Cavadov yenə klubsuz qaldı

Vaqif Cavadov yenə klubsuz qaldı
11:42 21 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb. 


Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb. 


Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.


Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vaqif-cavadov-yen-klubsuz-qald-t46305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR