Xarici malların satışı dayandırıldı

Xarici malların satışı dayandırıldı
11:42 21 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir sıra ticarət müəssisələrində xarici ölkələrdən Azərbaycana gətirilən məhsulların satışı dayandırılıb.

Milli.Az xəbər verir ki, bu gün səhər Mərkəzi Bankın qərarı ilə manatın məzənnəsinin kəskin dəyişməsindən sonra artıq dərman depoları apteklərə dərmanların verilməsini dayandırıb.

Bir sıra mağazalar və supermarketlər də ölkəyə xaricdən gətirilən məhsulların satışını müvəqqəti saxlayıb. Satışın qiymətlər yeni məzənnəyə uyğunlaşdırılandan sonra yenidən bərpa ediləcəyi bildirilir.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR