“Azərsun Holdinq”dən örnək davranış

11:43 21 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərsun Holdinq” dövlət sərhədlərimizin mühafizəsinin təşkili kimi şərəfli bir vəzifəni icra edən hərbçiləri sevindirən addım atıb. Trend-in məlumatına görə, Şirkətlər Qrupu Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsi üçün təmənnasız olaraq “Samur” sərhəd zastavası kompleksi inşa edərək şəxsi heyətin istifadəsinə verib.

Sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal, Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin nümayəndələri, hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak edib. Yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, kinozal, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, təlim meydançası, idman zalı və digər tikililərin daxil olduğu kompleksdə əsgərlərin xidmət və istirahəti üçün hər cür şərait yaradılıb. Müasir tələblərə cavab verən yeni sərhəd zastavasının açılış mərasimində xidmətində fərqlənən hərbçilər təltif ediliblər.

Qeyd edək ki, açılış mərasimində “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal DSX-nə verdiyi bu dəstəyə görə Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən minnətdarlıq plaketi və DSX-nin Ali medalı ilə təltif edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR