Rusiya muzeylərində Azərbaycana aid bayraqlar aşkar olunub

11:43 21 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Moskva şəhərində elmi ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov tərəfindən Rusiyanın mərkəzi muzeylərində Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı araşdırmalar aparılır.
Tarix Muzeydən AZƏRTAC-a bildirilib ki, P.Gözəlov Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayrağın olduğunu müəyyən edib. Muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar aşkar olunub.
Qeyd edək ki, Rusiyanın müasir tarixinin araşdırılması üzrə ən böyük mərkəzlərdən olan bu muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_muzeylerinde_Azerbaycana_aid_bayraqlar_askar_olunub-912863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR