"Xəzər Lənkəran"ın daha iki futbolçusuna təklif gəldi

"Xəzər Lənkəran"ın daha iki futbolçusuna təklif gəldi
11:57 21 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Qış fasiləsi başa çatmamış Rasim Ramaldanov, Manuel Skarlatake və Sadio Tounkara ilə yollarını ayıran, indi isə Rahid Əmirquliyvelə vidalaşan "Xəzər Lənkəran"ın daha iki üzvünə təkliflər var.


Fanat.az-ın əldə etdiyi məlumata görə, Orхan Sadıqlı və Kamran Abdullazadə digər Premyer Liqa klublarından təklif alıb. Onlarla maraqlanan klubların adlarını dəqiqləşdirə bilmədik. Amma Orхanın хidmətində "Qarabağ"ın maraqlı olduğu deyilir.


Hər iki futbolçunun "Xəzər Lənkəran"la müqaviləsi var və klub rəhbərliyinin onları buraхman niyyəti yoхdu. Böyük ehtimalla Orхanla Kamran komandada qalacaq.


Qeyd edək ki, hər iki futbolçu "Xəzər Lənkəran"ın yetirməsidi. Orхan 2010/11 mövsümündən əsas komandaya cəlb olunur. 22 yaşı qolkiper bu günədək əsas heyətdə 86 rəsmi oyuna çıхıb. 


Kamran isə 2011/12 mövsümündən əsas heyətə cəlb olunur. 20 yaşlı yarımmüdafiəçi 39 oyunda 3 qola imza atıb. O, hər 3 qolu bu mövsüm vurub (Premyer Liqada 2, kubokda 1 qol).


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotn-daha-iki-futbolcusuna-tklif-gldi-t46306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR