Yeniyetmə güləşçilərimiz Kaspiyskdən 1 gümüş və 1 bürünc medalla qayıdırlar

Yeniyetmə güləşçilərimiz Kaspiyskdən 1 gümüş və 1 bürünc medalla qayıdırlar
12:03 21 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Dağıstanın Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olublar.
Turnirdə 76 kiloqram çəki dərəcəsində mübarizə aparan İsmayıl Abdullayev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 42 kiloqram çəki dərəcəsində Tural Əsgərov qazandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR