Rusiya muzeylərində Azərbaycana aid bayraqlar aşkarlanıb

Rusiya muzeylərində Azərbaycana aid bayraqlar aşkarlanıb
12:22 21 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya muzeylərində Azərbaycana aid bayraqlar aşkar olunub. Bu barədə "Report"a Milli Azərbaycan Tarixi Muzeyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, muzeyin elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayraq aşkar edib. Bu, Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı lazımlı faktdır.
Araşdırma nəticəsində muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar da aşkar edilib.
Qeyd edək ki, Rusiyanın müasir tarixinin araşdırlması üzrə ən böyük mərkəzlərdən olan muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/rusiya-muzeylerinde-azerbaycana-aid-bayraqlar-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR