“Brent” nefti son 11 ilin ən aşağı qiymətinə satılıb

“Brent” nefti son 11 ilin ən aşağı qiymətinə satılıb
12:23 21 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünya birjalarında “Brent” markalı neftin bir barrelinin qiyməti 2004-cü ildən bu vaxtadək ən aşağı qiymətə satılıb.
AZƏRTAC xəbər verir ki, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti psixoloji hədd hesab edilən 36,40 dollardan da aşağı düşərək hazırda 35,65 dollara satılır. Bu, “Brent”in bir barrelinin son 11 ildə satıldığı ən aşağı qiymətdir.
Analitiklər “Brent”in qiymətinin ucuzlaşmasına ABŞ-ın 40 ildən artıq bir müddətdən sonra yenidən neft ixracına başlamasının təsir etdiyini bildirirlər. Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və digər beynəlxalq maliyyə təşkilatlarının analizlərinə görə, bazarda təklifin çoxluğu neftin qiymətinin 20 dollaradək ucuzlaşmasına səbəb olacaq. Lakin buna baxmayaraq OPEC-in üzvləri hasilatı azaltmır. Noyabrda OPEC üzvü ölkələrin hasilatı gündəlik 31,7 milyon barrel olmaqla son 7 ilin rekord səviyyəsinə çatıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Brent_nefti_son_11_ilin_en_asagi_qiymetine_satilib-912881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR