Sarkisyan Putinə hesabat verməyə gedir

Sarkisyan Putinə hesabat verməyə gedir
12:31 21 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskva səfərə gedir.

ANS PRESS-in məlumatına görə, səfər Kollektiv Təhlükəsizlik Şurası və Avrasiya İqtisadi İttifaqı Şurasının sessiyaları çərçivəsində baş tutur.

Maraqlı məqam isə odur ki, bu səfər Serj Sarkisyanla İlham Əliyevin Bern görüşündən dərhal sonra baş tutur.
Ermənistan mətbuatında yayılan məlumata görə, Sarkisyan Moskva səfəri çərçivəsində Putinlə görüşəcəyi bildirilir. Bu görqüşdə isə Bern danışıqlarının müzakirə ediləcəyi istisna deyil.

“Rusiyanın icazəsi olmadan Sarkisyan danışıqlara bağlı heç bir addım ata bilməz. Həmçinin Türkiyə - Rusiya münasibətlərinin gərgin olduğu bir vaxtda rəsmi Moskva münaqişə ətrafında baş verən hadisələrdən xəbərdar olmaq istəyir".

Bunu ANS PRESS-ə açıqlamasında İlham Əliyevlə Serj Sarkisyanın görüşünü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Sarkisyan Moskvaya Putini Bern görüşü ilə bağlı məlumatlandırmağa gedir:

Rəsmi Ankara və Moskva arasında gərginlik fonunda Rusiya münaqişənin ədalətli həllində maraqlı deyil”.


Elxan Şahinoğlu - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik


E.Şahinoğlu vurğulayıb ki, danışıqların nəticəsiz başa çatması münaqişə zonasında vəziyyəti daha da gərginləşdirəcək: “Görüşdə ağır silahların istifadə olunmaması və Minsk Qrupunun prinsiplərinə sadiqlik vurğulandı. Amma danışıqlarda nəticə yoxdursa, bu cəbhə bölgəsinə öz təsirini göstərəcək. Cəbhədən atəşkəsin ciddi şəkildə pozulması buna bir sübutdur. Həmçinin Dağlıq Qarabağ ərafındakı rayonlar boşaldılmayana qədər daimi görüşlərin keçirilsə də, atəşkəs pozulmaqda davam edəcək”.

Onun sözlərinə görə, baş verənlər göstərir ki, görüşün olub - olmaması münaqişənin həllin heç bir müsbət təsir göstərmir. Ermənistan tərəfi çox sayda itki verməsinə baxmayaraq vəziyyəti gərgin olaraq saxlamaqda davam edir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 20-də baş verən döyüş toqquşmasında qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.


Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon

Ermənistan hakimiyyəti isə vəziyyətdən çıxış yolu kimi hazırki məqamda heç bir dövlətin rəhbərlik etməyə cürəti çatmayan KTMT-ya başçılıq etmək istəyir. Çünki təşkilata daxil olan dövlətlərin hər biri Türkiyə ilə çox yaxın münasibətdədir. Ermənistan təşkilatın imkanlarından istifadə etməklə ordusuna psixaloji güc verəməyə çalışır. Yəqin ki, Ermənistanın bu təşkilata rəhbərlik nəticəsiz görüş üçün Sarkisyana hədiyyədir.

Dekabrın 19-da keçirilən görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar. Birgə bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər.


Ermənistan və Azərbaycanın prezidentlərinin Bern görüşü




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR