Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək

Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək
12:32 21 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasındakı qış fasiləsindən istifadə edən "Zirə" klubu da hazırlığını Türkiyədə keçəcək. Klubdan "Report"a verilən məlumata görə, Adil Şükürovun rəhbərlik etdiyi komanda yanvarın 9-da Antalyaya yollanacaq. 
İki həftə ərzində "Zirə" 3 yoxlama göüşü keçirəcək. Sınaqçı rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Bununla yanaşı, futbolçu Nurlan Novruzovla müqavilə müddətinin uzadılmasına da qərar verilib. Hazırkı anlaşması qışadək olan 22 yaşlı hücumçunun yeni anlaşmasının müddəti hələlik məlum deyil. 
Qeyd edək ki, "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" komandalarının da qış təlim-məşq toplanışını Türkiyədə keçirəcəkləri dəqiqləşib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/zire-klubu-da-turkiyeye-yollanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR