Lənkəran sakininin üzərindən 100 manatlıq saxta əsginaslar aşkarlanıb

Lənkəran sakininin üzərindən 100 manatlıq saxta əsginaslar aşkarlanıb
12:32 21 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Lənkəran sakininin üzərindən narkotik maddələr və 100 manatlıq saxta əsginaslar aşkar olunub. "Report" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının, daxil olan əməliyyat əsasında keçirdiyi axtarış tədbirləri zamanı şəhər sakini 47 yaşlı İnqilab Məmmədəli oğlu Kəlbiyev şübhəli şəxs qismində saxlanılıb. İ.Kəlbiyevin üzərinə baxış zamanı ondan 100 manatlıq saxta əsginaslar və narkotik vasitələr aşkar olunaraq götürülüb. 
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeran-sakinin-uzerinden-100-manatliq-saxta-eskinazlar-askar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR