Kəndlisini bıçaqlayıb öldürən şəxsin məhkəməsi başladı

Kəndlisini bıçaqlayıb öldürən şəxsin məhkəməsi başladı
12:34 21 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini öldürməkdə Müseyib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim  Azər Orucovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası dekabrın 29-a təyin edilib.

 

Qeyd edək ki, hadisə bu ilin iyulun aynın 10-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Ş.Kərimov hadisə yerində ölüb. Sabunçu rayonu 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR