Dünyanın ən güclüsü rəqibi darmadağın etdi (VİDEO, FOTO)

Dünyanın ən güclüsü rəqibi darmadağın etdi  (VİDEO, FOTO)
12:56 21 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” Yaponiyada keçirilən klublararası dünya çempionatının qalibi oldu.

ANS PRESS-in məlumatına görə, “Barselona” finalda Argentina klubu “River Pleyt”ı darmadağın edib.

Matçın ilk hissəsində hesabı açan Messi ikinci hissədə uruqvaylı hücumçu Luis Suares dubl edərək rəqibi “baltalayıb”.

“Barsa” tarixində üçüncü dəfə klublararası dünya çempionu olur. Komanda bü mövsum İspaniya çempionatını, Çempionlar liqasını, İspaniyanın kral kubokunu, Avopanın super kubokunu və klublararası dünya kubokunun sahibidir.


"River Pleyt" - "Barselona" 0-3

Turnirin 3-cü yer uğrunda "Sanfreççə Xirosima" (Yaponiya) və "Quançjou Everqrand" (Çin) qarşılaşıb. Yaponiya təmsilçisi Çin klubunu 2:1 hesabı ilə məğlub edərək bürünç medal qazanıblar.

Çempionatın ən çox qol vuran futbolçu 5 topla Luis Suares oldu. Uruqvaylı futbolçuya matçdan sonra "Qızıl Top" verilib. Onun oyundaşlarından Messiyə "gümüş" İnyestaya isə "bürünç" top çatıb.


Suares "Qızıl top" , Messi "gümüş top" və İnyesta "bürünç top" çatıb.


İnyestanın "İnstaqram" səhifəsi

FİFA Klublararası Dünya Kuboku - FİFA tərəfindən altı kontinental konfederasiyanın çempion klubları arasında təşkil olunan futbol turniridir. İlk dəfə FİFA Klublararası Dünya Kuboku 2000-ci ilin yanvarında Braziliyada təşkil olunub. Ötən il kubokun qalibi "Real Madrid" olub. "Kral" klubu daha bir Argentina klubu "San Lorenso"nu 2:0 hesabı ilə məğlub edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR