Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək

Azərbaycanın daha bir klubu Türkiyədə hazırlıq keçəcək
12:57 21 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqadakı qış fasiləsindən istifadə edən "Zirə" də hazırlığını Türkiyədə keçəcək. Klubdan verilən məlumata görə, Adil Şükürovun rəhbərlik etdiyi komanda yanvarın 9-da Antalyaya yollanacaq. 

İki həftə ərzində "Zirə" 3 yoxlama görüşü keçirəcək. Sınaqçı rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. Bununla yanaşı, futbolçu Nurlan Novruzovla müqavilə müddətinin uzadılmasına da qərar verilib. Hazırkı anlaşması qışadək olan 22 yaşlı hücumçunun yeni anlaşmasının müddəti hələlik məlum deyil. 

Qeyd edək ki, "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" komandalarının da qış təlim-məşq toplanışını Türkiyədə keçirəcəkləri dəqiqləşib.("Report")

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycann-daha-bir-klubu-turkiyd-hazrlq-kecck-t46308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR