​Azərbaycan bankları nağd valyutanın satış məzənnəsini maksimal həddə çatdırıb

12:57 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" qeyd edir ki, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni, valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.
Nəticədə, dollar üçün minimal alış və maksimal satış məzənnəsi 1,5190 AZN/USD, satış məzənnəsi isə 1,5810 AZN/USD, avro üçün isə müvafiq olaraq 1,6513 AZN/EUR və 1,7187 AZN/EUR ola bilər.
Aşağıdakı cədvəldən göründüyü kimi, ölkədəki əksər banklar bu gün üçün alış və satış məzənnəsini icazə verilən maksimal həddə yaxınlaşdırıb:
Banklar USD
(alış-satış, AZN)    EUR
(alış-satış, AZN)    Minimal-maksimal məzənnə
(+/- 2% marja ilə) 1,5190-1,5810 1,6513-1,7187 Unibank 1,5500-1,5790 1,6766-1,6934 Accessbank 1,5250-1,5750 1,6600-1,7000 İnternational Bak of Azerbaijan    1,5419-1,5733 1,6682-1,7069 Bank of Baku 1,5190-1,5810 1,6520-1,7180 Demirbank 1,5200-1,5800 1,6520-1,7180 YapıKredi Bank Azerbaijan 1,5399-1,5601 1,6682-1,7019 Bank Respublika 1,5191-1,5809 1,6520-1,7180 Rabitabank 1,5190-1,5810 1,6513-1,7187 Amrahbank 1,5190-1,5810 1,6513-1,7186 Muganbank 1,5190-1,5810 1,6513-1,7187 Kapital Bank 1,5200-1,5800 1,6520-1,7180 Nikoil Bank 1,5190-1,5810 1,6513-1,7187

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-banklari-nagd-valyutanin-satis-mezennesini-maksimal-hedde-catdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR