Bakıda kanalizasiya evi uçurdu (VİDEO)

Bakıda kanalizasiya evi uçurdu (VİDEO)
13:31 30 Dekabr 2014
96 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kanalizasiya suları bir evin çökməsinə səbəb olub. ANS TV-nin məlumatına görə, hadisə paytaxtn Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Nurlu yaşayış massivində baş verib. Davud Məmmədova məxsus fərdi yaşayış evinin alt hissəsindən keçən kanalizasiya xətti zədələndiyindən evin arxa tərəfi çöküb.

Ev sahibi Davud Məmmədovun sözlərinə görə, 13 yaşlı övladının səhhətindəki problemlə əlaqədar borc xərc edib dünyanın bir sıra ölkələrinə üz tutub. Ancaq müalicələr bir fayda vermədiyindən Məmmədovlar ailəsinin üzünə tale gülməyib. Nəticədə itgi ilə üzləşməklə yanaşı 200 min manat borca düşüb. İndi isə tək sığındığı evin bir hissəsinin uçması onu sığınacaq axtarmağa vadar edib.

Onun sözlərinə görə, bu evi 1998-ci ildə dəllaldan alıb. Ancaq indiyə kimi mənzilin kanalizasiya xətti üzərində yerləşməsindən ailə üzvlərinin xəbəri olmayıb. Baş verən uçqun zamanı mənzilin bir otağı və tavanı demək olar ki, tam uçub. Ev sahibi isə bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edib.Yalnız problemlə əlaqədar əraziyə Azərsu Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları baxış keçirib.
Müəyyən edilib ki, evin bir hissəsi söyenidən tikilməmək şərti ilə sökülməlidir.

Məlum olub ki, uçqun baş verən sonra ərazidə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da bir sıra işlər aparıblar. Evin alt hissəsinə dəmir konstruksiyalar qurulub ki, daha böyük miqyaslı uçqunun qarşısı alınsın.

Qurumdan ANS -ə verilən məlumata görə, ev Xırdalan Biləcəri ümumi su kanalzisaya xətinin üzərində yerləşir. "Gələn həftə ərzində çalışılacaq ki, evin heç bir hissəsi sökülmədən problemin qarşısı alınsın. Və bu da vətəndaşın maddi durumu nəzərə alınaraq həyata keçiriləcək".



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR