“Qəbələ” klubu braziliyalı futbolçusu ilə müqavilə müddətini artırıb

13:03 21 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
“Qəbələ” braziliyalı futbolçusu Rafael Santos ilə müqavilə müddətini artırıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, yeni anlaşma il yarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayınadək “qırmızı-qara” forma geyinəcək.
2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda komandanın heyətində meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.
Digər legioner Derlis Meza Kolli isə “Qəbələ”dən ayrılıb. İyirmi yeddi yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib. Mövsümün əvvəlindən “qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandanın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_klubu_braziliyali_futbolchusu_ile_muqavile_muddetini_artirib-912889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR