Virus saçan yarmarka - FOTO

Virus saçan yarmarka - FOTO
13:12 21 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az-a müraicət edən Sumqayıt sakinləri şəhərdə yeni fəaliyyətə başlayan kənd təsərrüfatı məhsullarının yarmarkasının yerində yaranmış zibillikdən şikayət edirlər.

Onların sözlərinə görə, bu il noyabr ayından etibarən Sumqayıt şəhəri 12-ci mikrorayonda, Dəmiryolu Vağzalı ilə üzbəüz ərazidə hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsulları təşkil olunur. Lakin yarmarka bitəndən sonra yerində xəstəlik mənbəyi olan zibillik qalır:

"Yarmarka fəaliyyətə başlayanda göz oxşayırdı. Amma daha sonra antisanitariya baş alıb getdi. Hər həftəsonu yarmarka bitəndən sonra yerində əcaib mənzərə yaranır. Heç kim də vəziyyətlə maraqlanmır. Bu, zibillik əsl xəstəlik mənbəyidir".



Fotolar həmin yerdə təxminən 40 gün əvvəl çəkilib

Milli.Az məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Milli.Az-a bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yalnız yarmarkaların təşkili işinə nəzarət edir. Orada yaranmış zibilliyin yığışdırılması və antisanitariyaya nəzarət məsələlərinə isə Sumqayıt şəhər İcra Hakimiyyəti baxır.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə problemin həlli ilə bağlı cavab almaq mümkün olmadı.

Pünhan Mirzə
Milli.Az

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR