Dollarla kredit alanların nəzərinə: təşvişə düşməyin

Dollarla kredit alanların nəzərinə: təşvişə düşməyin
13:12 21 Dekabr 2015
2111 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının manatın ABŞ dolları və avroya olan kursunun dəyişdirilməsi, milli valyutanın üzən kursa keçirilməsi ilə bağlı qərarından sonra ölkə banklarından ABŞ dolları ilə kredit götürmüş vətəndaşlarımız narahat olublar.

Onların təlaşı anlaşılandır, çünki manatın dollarla müqayisədə ucuzlaşması banklardan dollarla kredit götürənlərin aylıq ödənişlərinin məbləği ilə yanaşı, kreditin ümumi həcmi də artıb.
Manatın ucuzlaşmasının dollar kreditləri götürmüş vətəndaşların maddi durumuna sərt və mənfi təsir etməsinin qarşısını almaq üçün belə sosial təsirin minimallaşdırılması ilə bağlı tədbirlərin işlənməsinə ehtiyac duyulur.

Əmanətlər üzrə faizlərlə yanaşı, dollar kreditləri üzrə ödənişlərin də indeksləşdirilməsi gündəmdədir. Eyni zamanda, ölkədəki bir sıra kommersiya bankları dollarla verilmiş kreditlərlə bağlı ödənişlərdə problemlərin yaranmaması üçün müştərilərə möhlətlərin verilməsi məsələsini də müzakirə edirlər.
Aldığımız məlumatlara görə, yekun qərar hələlik qəbul olunmasa da, situasiya Mərkəzi Bankın nəzarətindədir.

Orxan Hun
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR