TuranBank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə kredit cəlb edib

TuranBank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə kredit cəlb edib
13:43 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

TuranBank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə GLS Alternative Investments Mikrofinanzfonds-dan 2,2 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdir.

Bankdan Trend-ə verilən məlumata görə, TuranBank və Guevoura Fund LTD arasında mikromaliyyə portfelini genişləndimək məqsədilə Frankfurt Maliyyə Xidmətləri Məktəbinin dəstəyi ilə 3 il müddətinə 2,2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Sazişə əsasən Guevoura Fund LTD nəzərdə tutulan öhdəliklərin və digər aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün öz səlahiyyətlərini GLS Alternative Investments şirkətinə ötürür və icraçı olaraq bu qurumu təyin edir.

Qeyd edək ki, bu saziş TuranBankın Guevoura Fondu ilə imzaladığı sayca ikinci sazişdir. Ötən ilin dekabr ayında Fond Bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 milyon ABŞ dolları həcmində maliyyə resursu ayırmışdır.

Fondun əsas fəaliyyət istiqaməti müştərilərə vəsaitlərin və investisiya fəaliyətinin idarə olunması kimi maliyyə xidmətləri göstərilməsi, eləcə də mikro maliyyə layihələrinin maliyyələşdirilməsidir.
Respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan Bank özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Bank sadalanan sahələrə güzəştli maliyyə vəsaitləri cəlb etmək üçün yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, Bank im Bistum Essen, Societte Generale, ECO Bank, Mikrofinanzfonds, Cyrano Management, Sus Bee Finance, BCP, CommerzBank və ZiraatBank ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bununla yanaşı, kredit müştərilərimiz Bankdan "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kredit məhsullarını illik 15%-dən başlamaqla Bankın istənilən filialında əldə edə bilərlər.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.
Bank müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2472018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR