ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 37 nəfər xəsarət alıb

ABŞ-da avtomobilin izdihama çırpılması nəticəsində 37 nəfər xəsarət alıb
13:43 21 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
ABŞ-ın Las-Veqas şəhərinin otel və kazino rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 37 nəfərə çatıb, onlardan 6-nın vəziyyəti ağırdır.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hadisə dekabrın 21-nə keçən gecə baş verib. Avtomobil səkidə dayanan insanlara çırpılıb. Xəsarət alanlardan birinin həlak olduğu bildirilir.
Hüquq mühafizə orqanlarının məlumatına görə, hadisə yerinə anti-terror dəstəsi göndərilib. Hələlik terror versiyası təsdiqini tapmayıb.
Yerli KİV-lər avtomobilin qadın tərəfindən idarə edildiyini yazır. Hadisəni törədən sürücü qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Hazırda qadının spirtli içki və ya narkotik vasitə qəbul edib-etmədiyi araşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_avtomobilin_izdihama_chirpilmasi_neticesinde_37_nefer_xesaret_alib-912900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR